Türkiyə Prezidenti: Davamlı sülhün imzalanması bölgəmizdə və dünyada əmin-amanlıq və sabitlik üçün ümid mənbəyi olacaq

17:52 19.02.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Azərbaycan ilə Ermənistan arasında davamlı sülhün imzalanmasının bölgəmizdə və dünyada sülh, əmin-amanlıq və sabitlik üçün yeni bir ümid mənbəyi olacağı şübhəsizdir. Bu prosesdə Azərbaycan ilə birlikdə çiyin-çiyinə hərəkət edirik.

Hafta.az xəbər verir ki, bu fikri fevralın 19-da Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyev ilə birgə mətbuata bəyanatında deyib.